MƏDƏNİYYƏT


Bakıda tanınmış Türkiyə kvartetinin konserti olub

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da Ehren Coşkuner (fleyta), Uraz Kivaner (klaviş), Ekin Bilgin (bas), Rikardo Marenqidən (zərb alətləri) ibarət məşhur Türkiyə kvartetinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, kollektivin lideri və banisi Eren Coşkuner İstanbul Dövlət Konservatoriyasının məzunudur. O, bir çox festivallarda, layihələrdə, ustad dərslərində iştirak edib, dünyanın məşhur caz musiqiçiləri ilə birlikdə işləyib.

Türkiyədə böyük populyarlığa malik olan kvartet caz musiqisi dünyasında da tanınır. Kvartet ölkəni müxtəlif beynəlxalq caz festivallarında və müsabiqələrində təmsil edib.

Konsertdə “Long Way” albomundan kompozisiyalar səslənib və böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.