MƏDƏNİYYƏT
Bakıda tanınmış azərbaycanlı heykəltəraşın sərgisi açılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan heykəltəraşı Zakir Mehdiyevin sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Z.Mehdiyev ekspozisiyaya daş, mərmər, ağac və digər materiallardan hazırlanmış 35 heykəlin daxil edildiyini deyib.
Qeyd edək ki, Z.Mehdiyev Əzim Əzimzadə adına Rəssamlıq Texnikumu və Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun, habelə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasının məzunudur. 1979-cu ildən Rəssamlar İttifaqının üzvüdür. 2000-ci ildən Atatürk Universitetində (Türkiyə) dərs deyir.
Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.
Sərgi dekabrın 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]