MƏDƏNİYYƏT


Bakıda tanınmış rəssam Olya Kroytorun fərdi sərgisi açılacaq

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakıda rusiyalı xanım rəssam Olya Kroytorun fərdi rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, məşhur fırça ustasının əsərləri oktyabrın 31-də “Kiçik QalArt” qalereyasında nümayiş olunacaq. Qonaqlar sərginin ekspozisiyasında O.Kroytorun müasir janrlı sənət əsərlərini görə biləcəklər.

Rəssamın əsərləri onun şəxsi təəssüratları, duyğuları və qorxularının ardıcıl tədqiqatıdır. Parçalanma, ölüm və özgəlik mövzuları rəssam üçün əslində, fasiləsiz prosesin bir hissəsini təşkil edən ömür axını mənasını kəsb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.