MƏDƏNİYYƏT


Bakıda tanınmış teatr xadiminin ustad dərsi olub

A+ A

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü, aktyor Boris Daussa Pastorun ustad dərsi olub. Ustad dərsi Marqolis metoduna həsr edilib.

AZƏRTAC xəbər verir ki, tanınmış teatr xadimi ustad dərsində Marqolis metodunun əhəmiyyətindən danışıb. Bildirib ki, Marqolis metodu xüsusi fiziki məşqlər və tənəffüs texnikası sayəsində artistlərin çıxışa xüsusi hazırlığını, enerjinin lazımi məcraya yönəldilməsini, müsbət köklənməni nəzərdə tutur.

Boris Daussa Pastor, həmçinin qeyd edib ki, kontemporari üslubunda çıxış edən artistlər səhnədə emosiyanı, ehtirası, hissi əks etdirməli, daim hərəkətdə olmalıdırlar. Tamaşaçı sevgisi məhz bu cür qazanılır.

Sonra tədbir iştirakçıları xüsusi tapşırıqlar yerinə yetiriblər və tənəffüs texnikasını daha yaxşı öyrəniblər.

Tədbirdə Bakı teatrlarının aktyorları və KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.