MƏDƏNİYYƏT


Bakıda təbiət möcüzələrinə aid sənət əsərləri sərgilənəcək

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 29-da Bakı Xətai Sənət Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “Təbiət möcüzələri” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə baş tutacaq. Sərgidə müxtəlif yaş kateqoriyasına mənsub fırça ustasının 100-dək əsəri yer alacaq.

Təbiətə aid rəsm əsərlərinin nümayiş etdiriləcəyi sərginin kuratoru Elnurə İsgəndərovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.