İDMAN


Bakıda televiziya və radioda çalışan idman şərhçiləri üçün seminar başlayıb

Bakı, 6 iyun, AZƏRTAC

Futbol Akademiyasında AFFA-nın təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən televiziya və radioda çalışan idman (xüsusilə də futbol) şərhçiləri üçün rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmakın rəhbərliyi ilə seminar başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov seminarın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, iştirakçılara uğurlar arzulayıb və bu cür seminarların ənənəvi hal alacağını, növbəti aylarda da təşkil ediləcəyini bildirib.

Daha sonra seminar işinə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.