Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycan ilə İranın uğurlu əməkdaşlığının bariz göstəricisidir

Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycan ilə İranın uğurlu əməkdaşlığının bariz göstəricisidir

Bakı, 17 yanvar, Ceyhun Rüstəmov, AZƏRTAC

Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən mühüm layihələrdən biridir. Bu, eyni zamanda, Azərbaycan ilə İranın birgə uğurlu əməkdaşlığının bariz göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 17-də İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Baş nazirin müavini bildirib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr günbəgün inkişaf edir. “İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə bir çox oxşarlıqlar var”, - deyə Əli Həsənov vurğulayıb.

Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayan Əli Həsənov qeyd edib ki, bu əməkdaşlıq Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.

İran şirkətlərinin Azərbaycanda bir sıra layihələrdə iştirak etdiyini, o cümlədən dünən təməli qoyulan əczaçılıq zavodunun əhəmiyyətini diqqətə çatdıran Baş nazirin müavini deyib: “Bu gün Azərbaycan dinamik inkişaf edir. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq həddi 49 faiz idisə, bu gün 5 faizə enib. İqtisadiyyatımızın neftdən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkədə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Azərbaycanın əsas məqsədlərindən biri inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına çıxmaqdır. Bu, Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəddir və buna nail olacağıq”.

Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, ölkələrimiz beynəlxalq məsələlərdə eyni mövqe nümayiş etdirir, bir-birilərini dəstəkləyirlər. İran və Azərbaycan prezidentləri tez-tez görüşür, qarşılıqlı səfərlər edirlər. Ölkələrimiz arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər.

“Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı bir çox qərar və qətnamələr qəbul etsələr də, onların heç biri yerinə yetirilmir. Beynəlxalq tədbirlərdə, xüsusən BMT tədbirlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən İran İslam Respublikası Azərbaycanın haqlı mövqeyinə həmişə müsbət yanaşıb və səsvermələrdə Azərbaycan ilə birgə olduğunu nümayiş etdirib”, - deyə Əli Həsənov vurğulayıb.

Baş nazirin müavini respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi, iqtisadi vəziyyətinin ağır olduğu vaxtlarda İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara (“Hilal Əhmər”) Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib. Qeyd olunub ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi.

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini diqqətə çatdıran Əli Həsənov deyib: “Hazırda biz mürəkkəb bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün İslam həmrəyliyinə çox böyük ehtiyac var. Dövlətimizin başçısının atdığı bu addım Azərbaycanın İslam aləminin həmrəyliyinə verdiyi önəmin göstəricisidir. Azərbaycan tolerant ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar dinc və mehriban şəraitdə yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər”.

Əli Həsənov əminliyini bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii diqqətə çatdırıb ki, onu müşayiət edən nümayəndə heyətinin tərkibində ölkə parlamentindəki nüfuzlu şəxslər - dostluq qrupunun üzvləri, komitə rəhbərləri, rəyasət heyətinin üzvləri təmsil olunur: “Bu, İranın Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirmək istəyinin göstəricisidir. Biz Azərbaycanın gündən-günə inkişafını, abadlıq-quruculuq işlərini, yeni-yeni binaları, insanların rifah halının yaxşılaşmasını gördükdə çox sevinirik”.

Əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əli Rəbii deyib: “Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var. Əlillərin reabilitasiyası, protezlərin hazırlanması, sanatoriyalar və digər bu kimi istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırıq. Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində də böyük işlər görülür, birgə layihələr reallaşdırılır. Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir. Hazırda Rəşt-Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsi üzərində iş gedir. Bu, həm ölkələrimizdə yeni iş yerlərinin açılmasına, həm də insanların bu marşrutlardan faydalanmasına, gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda, dənizdə sərnişin və yük daşımaları sahəsində də əməkdaşlıq üçün real imkanlar var”.

Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir