MƏDƏNİYYƏT


Bakıda təşkil olunan “Pulsuz moda dərsi”nin qeydiyyat müddəti uzadılıb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakıda tanınmış gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə təşkil olunan “Pulsuz moda dərsi”nin qeydiyyat müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, qeydiyyat oktyabrın 8-dək davam edəcək. “Atatürk prospekti 25 b” ünvanında təşkil ediləcək dərslərdə rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya moda tarixi, dünya geyimləri və Azərbaycan xalqının milli geyimləri, dünyaca məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzular tədris olunacaq. Dərslərdə dünya üzrə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün xüsusi hazırlıq kursları təşkil etmək də nəzərdə tutulur. Beş yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəs bu dərslərdə iştirak edə bilər. Dərslər iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.