Bakıda tikinti işlərinin 64,9 faizi qeyri-dövlət sektorunun payına düşüb
Bakı, 31 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti sahəsinə yatırılan ümumi sərmayənin 35,1 faizi dövlət, 64,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə paytaxtda Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]