MƏDƏNİYYƏT
Bakıda turistlər qutab bişiriblər
Bakı, 6 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və “Karvansara” restoran kompleksinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin gerçəkləşdiyi ilk gündə “Karvansara” restoran kompleksinə gələn 200 nəfərdən çox turist üçün ustad dərsləri təşkil olunub. Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçılara qutab bişirmələri üçün şərait yaradılıb.
Layihənin məqsədi zəngin Azərbaycan mətbəxinin təbliği ilə yanaşı, müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etməkdir.
Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]