MƏDƏNİYYƏT


Bakıda türk dünyası qadın geyimləri sərgilənib VİDEO

A+ A

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Bakıda “Ənənədən bu günə türk dünyası qadın geyimləri dəfiləsi” keçirilib.

AZƏRTAC xəbər verir ki, dəfilə Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı, Ankara Yetkinləşmə İnstitutu, Gülnarə Xəlilova moda evi, Qazaxıstan moda evi və “Hanum” moda agentliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək layihəni yüksək dəyərlənidirblər. Moda dəfiləsinin türk dünyası ölkələri arasında mədəni birliyin əhəmiyyətini önə çəkmək, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyası ölkələrinin moda durumunu sərgiləmək baxımından vacibliyini qeyd ediblər.

Sonra ənənəvi motivlər və naxışlarla bəzədilmiş bir-birindən əlvan geyimlər nümayiş olunub.

Beş hissədən ibarət olan dəfilənin birinci hissəsində Azərbaycan milli dəyərlərini əks etdirən xüsusi kolleksiya sərgilənib. İkinci hissədə Qazaxıstanın əsrlərdən bu günədək qoruyub saxladığı, milli dəyərlərin ön plana çəkildiyi qadın geyimləri təqdim edilib. Üçüncü hissədə tarixdən bu günə nağıl kimi bir yolçuluğa çıxaracaq bənzərsiz işləmələrin ehtişamını əks etdirən Türkiyə geyimləri yer alıb. Digər bir türk dövləti olan Qırğızıstanın milli geyimləri də dəfilədə maraqla qarşılanıb.

Dəfilənin sonuncu hissəsində modelyer Gülnarə Xəlilovanın Azərbaycanın xalça motivləri əsasında hazırladığı “Xalıların dili” adlı xüsusi kolleksiyasından geyimlər nümayiş olunub.

Hər hissədə 12 geyimin sərgiləndiyi dəfilədə iştirakçı ölkənin bir sənətçisi ifası ilə gecəyə rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.