MƏDƏNİYYƏT


Bakıda üçüncü yoqa festivalına başlanılıb

Bakı, 22 iyun, AZƏRTAC

Bakıda Ümumdünya Yoqa Günü çərçivəsində üçüncü yoqa festivalına start verilib. Festival Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a Hindistan səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, yoqa həftəsi Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri və “Yoga Shahi”, “Art of living Azərbaycan”, “Sirvananda” yoqa mərkəzi kimi yoqa məktəblərindən olan 150 nəfərdən artıq yoqa həvəskarının iştirakı ilə Qobustanda açıq havada keçirilən yoqa seansı ilə başlayıb.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu qeyd edib. Yoqa hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarətdir.

Diplomat diqqətə çatdırıb ki, festival çərçivəsində Gəncə və Sumqayıtın yeni dənizkənarı bulvarında və Suraxanı “Atəşgahı”nda silsilə tədbirlər keçiriləcək. Bütün tədbirlər ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. Yoqa sevərlər, fitnes həvəskarları və təcrübəli şəxslər yoqa seanslarına qoşula bilərlər.

Qeyd edək ki, festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.