CƏMİYYƏT


Bakıda uroloqların beynəlxalq simpoziumunun ilk iş günü başa çatıb

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Bakıda Azərbaycan Tibb Universiteti və Beynəlxalq Uroloqlar Assosiasiyasının birgə keçirdiyi simpoziumun ilk iş günü başa çatıb.

AZƏRTAC xəbər verir ki, simpoziumda Azərbaycanın, Türkiyənin, eləcə də Avropanın tanınmış uroloqları iştirak edirlər.

Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev urologiyanın inkişafında və təcrübi biliklərin zənginləşməsində simpoziumun böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, təbabətin bu sahəsində iştirakçıların nəzəri və təcrübi olaraq ən müasir istiqamətlər barədə mübadilə aparacağını bildirib.

İstanbulun Medipol Universitetinin professoru Selami Albayrak, Türkiyə Uroloji Laparoskopik Dərnəyinin professoru Yasar Özgök, Beynəlxalq Uroloqlar Assosiasiyasının texnoloji treninqinin baş direktoru Jan de la Rosette, Türkiyədən gələn cərrah-uroloqlar Jigıt Akin, Selcuq Güvən, Rahim Horuz, Hollandiyadan gəlmiş uroloq Pilar Laquna, ölkəmizi təmsil edən tibb üzrə fəlsəfə doktorları Vasif İsmayıl, Rəşad Şolan, Vahid İsmayılov, Emil Muxtarov və başqaları uroloji cərrahiyyənin müxtəlif problemləri mövzusunda məruzələrlə çıxış ediblər.

Simpozium iyulun 4-dək davam edəcək və sonrakı günlərdə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Korpusunda tədris mahiyyəti daşıyan əməliyyatlarla işini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.