MƏDƏNİYYƏT


Bakıda ustad aşıq Hüseyn Saraçlının xatirə gecəsi təşkil olunacaq

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə sənətkarın aşıq poeziyasındakı xidmətlərindən, həyat və yaradıcılığından danışılacaq, sənət fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat veriləcək. Tədbir Azərbaycanın tanınmış aşıqlarının konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, aşıq Hüseyn 1916-cı ildə Gürcüstanın Bolinisi rayonunun Saraçlı kəndində dünyaya gəlib. Yaradıcı aşıq kimi Türkiyədə, Qafqazda və Orta Asiyada tanınan sənətkar dillər əzbəri olmuş çoxlu şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının müəllifidir. O, neçə-neçə bədii və sənədli filmə çəkilib, o cümlədən televiziya verlişlərinin qonağı olub. Onun “Tütək səsi” filmində ifa etdiyi “Ruhani” saz havası möhtəşəm sənət nümunəsi kimi əbədi yaşam qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.