İQTİSADİYYAT
Bakıda və ölkə ərazisində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO
Bakı, 2 may, Elvin Camalov, AZƏRTAC
Mayın 4-dən 8-dək Bakıda və ölkə ərazisində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “TOUR d`AZERBAİJAN”ın rəsmi veb-səhifəsində bildirilib.
Görüləcək tədbirlər beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədardır.
Belə ki, may ayının 4-də saat 09:30-dan 14:30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
May ayının 5-də saat 09:30-dan 15:30-dək - Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində, mayın 6-da saat 09:30-dan 15:00-dək - Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 7-də saat 09:30-dan 13:30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək nəqliyyatın hərəkəti müvəqqəti dayandırılacaq.
May ayının 8-də isə səhər saat 09:00-dan 12:00-dək - Bakı şəhərində Azadlıq meydanı-Neftçilər prospekti-Nobel prospekti-Zığ şosesi-Qala yolu-Buzovna-Bilgəh-Zağulba və Buzovna-Hava limanı şosesi marşrutu üzrə saat 09:00-dan 15:30-dək isə - Heydər Əliyev prospekti-Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı-Neftçilər prospekti-İçərişəhərdə Kiçik Qala küçəsi-Qoşa Qala Qapısı-İstiqlaliyyət küçəsi-Sona xanım Vəliyeva küçəsi-Lermontov küçəsi-Teymur Elçin küçəsi-Mehdi Hüseyn küçəsi-Parlament prospekti-H.Cavid prospekti-Landau küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsi-Səməd Vurğun küçəsi-Şəmsi Bədəlbəyli küçəsi-Bülbül prospekti-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.