ELM VƏ TƏHSİL
Bakıda xarici universitetlərin təhsil sərgisi keçiriləcək
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 11-də Bakıda “İstək” liseyinin təşkilatçılığı ilə xarici universitetlərin sərgisi keçiriləcək.
Liseydən AZƏRTAC-a bildiriblər ki, sərginin təşkilinin məqsədi valideyn və şagirdləri xarici ali təhsil müəssisələrinə qəbul ilə bağlı məlumatlandırmaqdır.
Sərgidə Kolorado Dövlət, Ekster, Mançestr, Şimali Florida universitetləri, Kraliçanın Belfast Universiteti, London Dünya Təhsil Mərkəzi və digər xarici təhsil müəssisələri təmsil olunacaq.
Tədbirdə “İstək” liseyinin beynəlxalq təhsil proqramları və bu proqramlardan faydalanma üsulları barədə məlumat veriləcək.
Maraqlananlar http://expo.istek.edu.az ünvanında fevralın 10-dək qeydiyyatdan keçməklə sərgidə iştirak edə bilərlər.
Ətraflı məlumatı “İstək” liseyinin rəsmi facebook səhifəsindən (www.facebook.com/istekliseyi) əldə etmək olar.