CƏMİYYƏT


Bakıda yağdəyişmə sexində yanğın olub

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Bakıda yağdəyişmə sexində yanğın olub.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kvadratmetr olan yağdəyişmə sexində baş verib. Sexin içərisində olan yağ qalıqları yanıb.

Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən əriyib. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.