CƏMİYYƏT


Bakıda yaşayış binasında yanğın olub

Bakı, 14 iyul, AZƏRTAC

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla məlumat verir ki, yanğın hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin dəhlizi 6 kv.m, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 12 kv.m sahədə, 1-ci mərtəbədə ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 15 kv.m olan 1 otaqlı evin giriş qapısı qismən və dəhlizin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub. Yanğın saat 19:15-də söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.