MƏDƏNİYYƏT


Bakıda yeni “Retro Bakı” layihəsinə başlanılır

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni “Retro Bakı” layihəsinə start verilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqs və musiqi nömrələrinə tamaşa edə biləcəklər.

Layihənin ilk açılış konsertləri bu gün və sabah baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.