MƏDƏNİYYƏT


Bakıda yeni film festivalı - “DocuBaku”

Bakı, 16 iyun, AZƏRTAC

Bakıda “DocuBaku” adlı birinci Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək. Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşəcək film festivalı bundan sonra Bakıda ənənəvi olaraq reallaşan Avropa film festivalı ilə paralel keçiriləcək.

Aİ-dən AZƏRTAC-a bildirilib ki, sözügedən festivalda Avropa və Azərbaycan rejissorlarının 20-dən çox ekran əsəri təqdim ediləcək. Builki festival tolerantlıq mövzusuna həsr olunacaq.

Festival çərçivəsində Avropa rejissorları ilə görüşlərin, müxtəlif seminarların təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.