CƏMİYYƏT
Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində iki şəxs ölüb, dörd nəfər xəsarət alıb
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində xəsarət alan 6 nəfər Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri xəstəxanaya gətirilərkən yolda, digəri isə cərrahiyyə əməliyyatının başlandığı zaman dünyasını dəyişib. Vəziyyətləri orta ağır olan qalan dörd şəxsin müalicəsi davam etdirilir.