İQTİSADİYYAT


Bakıdan Bolqarıstana avtobusla səfər edən vətəndaşlar 3 gün ərzində viza ala biləcəklər

A+ A

Bakı, 13 iyul, Elvin Camalov, AZƏRTAC 

Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə 3 gün ərzində Bolqarıstan vizası ala biləcək.

Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

“Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir. Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara görə, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim edərək 3 gün ərzində Bolqarıstan vizası alacaq” – deyə Ş.Mehmanqızı əlavə edib.

Qeyd edək ki, həmin istiqamətlər üzrə reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir, biletin qiyməti isə 130 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.