İQTİSADİYYAT
Bakıdan İstanbula və Ankaraya aviareyslər təxirə salınıb
Bakı, 16 iyul, Elvin Camalov, AZƏRTAC
Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin İstanbul və Ankaraya olan aviareysləri təxirə salınıb.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O bildirib ki, iyulun 16-da saat 06:45-də və 08:45-də həyata keçirilməli olan Bakı-İstanbul aviareysləri təxirə salınıb. Həmçinin saat 09:10-da Bakı-Ankara aviareysi də ləğv olunub.
P.Kəsəmənski qeyd edib ki, bu reyslərə aviabilet alan sərnişinlər biletləri istədikləri tarixə pulsuz dəyişdirə və yaxud heç bir əlavə ödəniş etmədən qaytara bilərlər. Türkiyə kurortlarına olan aviareyslər isə heç bir dəyişiklik olmadan cədvələ uyğun yerinə yetirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]