İQTİSADİYYAT


Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açıla bilər

A+ A

Bakı, 14 sentyabr, Elvin Camalov, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Ukrayna və Gürcüstana yeni avtobus reysləri açıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə - Kiyev, Bakuriani və Borjomi şəhərlərinə beynəlxalq avtobus reyslərinin açılması gözlənilir. Hazırda bu barədə danışıqlar aparılır və tezliklə daha ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.