REGİONLAR


Bakıdan dəvət olunan yüksəkixtisaslı mütəxəssis Naxçıvanda 50-dək xəstəni müayinə edib

A+ A

Naxçıvan, 30 avqust, AZƏRTAC

Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü, hazırda Bakı şəhərində fəaliyyət göstərən endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis Rövşən Həsənov Naxçıvan Muxtar Respublika Xəstəxanasında iki gün ərzində 50 nəfər xəstəni müayinələrdən keçirib.

AZƏRTAC xəbər verir ki, xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələrə tibbi məsləhət və tövsiyələr verilib. Təhlil nümunələri histoloji müayinə üçün Onkoloji Mərkəzə göndərilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında Endokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün hər cür şərait yaradılıb.

Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada müxtəlif müayinə və müalicə metodlarının tətbiqinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.