İQTİSADİYYAT
“Bakıelektrikşəbəkə” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaqdır VİDEO
Bakı, 14 mart (AZƏRTAC). Novruz bayramı günlərində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejimində çalışacaqdır.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıq və əməkdaşlar cəlb ediləcəkdir.
Elektrik enerjisi təchizatında hər hansı problem yaşanmaması üçün abonentlər tərəfindən istifadə edilmiş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Elektrik enerjisindən istifadəyə görə yaranmış debitor borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı martın 17-də saat 12-dən etibarən qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaqdır.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin www.bes.az internet saytı vasitəsilə həyata keçirilə bilər.