İQTİSADİYYAT


Bakıətrafı ərazilərə metro xəttinin çəkilməsi təklif olunub

A+ A

Bakı, 22 dekabr, Elvin Camalov, AZƏRTAC 

Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsini təklif edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O bildirib ki, bu 3 istiqamətə Xırdalan şəhəri, Lökbatan və Rəsulzadə qəsəbələri daxildir.

İ.İsbatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, həmçinin əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir sənaye parkının salınması planlaşdırılıb. Biz bu parka qədər metro xəttinin uzadılmasını təklif etmişik.

“Bundan əlavə Lökbatan qəsəbəsində yeni avtovağzalın, Ələt qəsəbəsində isə aşağıbüdcəli aviareyslərin həyata keçirilməsi üçün hava limanının tikilməsi təkliflərimiz sırasında yer alıb”, - deyə İ.İsbatov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.