Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanının kitablarının təqdimat mərasimi olub

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun “Bıt samim soboy”, “Özünə sadiqlik”, “Ni o çyom ne jaleyu” kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bıt samim soboy” kitabına Anar Məmmədxanovun müxtəlif vaxtlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. “Özünə sadiqlik” isə “Bıt samim soboy” kitabının Azərbaycan dilinə tərcüməsidir. “Ni o çyom ne jaleyu” kitabında isə 1995-ci ildən 2011-ci ilə qədər jurnalistlərin Anar Məmmədxanovla müsahibələri toplanıb.

“Şərq-Qərb” nəşriyyatı tərəfindən buraxılan hər 3 kitabı müəllifin bacısı, professor Naidə Məmmədxanova tərtib edib. Nəşrlərin redaktoru, “Ön söz” və “Sözardı”nın müəllifi əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, layihənin rəhbəri A.Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovadır.

Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən professor Naidə Məmmədxanova bildirib ki, vaxtilə hər hansı qəzetdə, jurnalda qardaşı haqqında dərc olunan materialları, onun yazılarını toplayanda xəyalına belə gətirməzdi ki, nə vaxtsa Anar həyatda olmayacaq və bu yazıları kitab halına salmaq onun öhdəsinə düşəcək. Qardaşının Azərbaycanı çox sevdiyindən söhbət açan N.Məmmədxanova dedi: “O, hər an Vətənin yolunda canını verməyə hazır idi. Çox istərdim ki, gənclər bu kitabları oxusunlar və başa düşsünlər ki, vətəni necə sevmək lazımdır”.

Yazıçı-publisist Elmira Axundova isə bildirdi ki, oxucular bu kitabda başqa bir Anarı görəcəklər. O dedi: “Anar Məmmədxanov sizin yadınızda daha çox şən və hazırcavablar klubunun əfsanəvi kapitanı kimi qalıb. Bu kitabla tanış olduqdan sonra isə siz tamam başqa Anar Məmmədxanovu, yetkin siyasətçi, dərin analitik təfəkkürü olan insanı görəcəksiniz. O, çox böyük proqnoz verirdi. Bu proqnozların 95 faizi demək olar ki, özünü doğruldurdu. O, gözəl publisist idi, orijinal yazı üslubu var idi. Biz kitaba nələri salmağı müzakirə edəndə mən təklif etdim ki, materialların hamısı olmalıdır. Çünki bu, onun ömrü idi. O, 15 il yazıb, esselərlə çıxış edib. Çox fəxr edirəm ki, kitablara “Ön söz”ü və “Sözardı”nın müəllifiyəm, nəşrlərin redaktoruyam. Mən onun yoxluğunu hər an hiss edirəm. Elə bilirəm ki, kiçik qardaşımı itirmişəm. Odur ki, kədərlənirəm. Eyni zamanda sevinirəm ki, nə yaxşı ki, biz bu kitabları hazırladıq. Deməli, o, yenə də yaşayır. Biz kitabda da yazdıq ki, bu, Anarın qayıdışıdır”.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirak etdikləri təqdimat mərasimini açan əməkdar artist Murad Dadaşov bildirdi ki, aprel ayı “Bakılı oğlanlar” komandası üçün rəmzi xarakter daşıyıb. Komanda bu ay həmişə tamaşaçılarla görüşürdü. Lakin komanda elə apreldə də öz rəhbəri Anar Məmmədxanovu itirib.

Mərasimdə A.Məmmədxanovun yaxın dostu, nəşrlərin ərsəyə gəlməsində böyük zəhməti olan Rasim Müzəffərli, görkəmli rejissor, xalq artisti Oqtay Mirqasımov, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli təqdimatı keçirilən kitablardan, Anar Məmmədxanovun vətənpərvərliyindən, Milil Məclisin deputatı, icitimai xadim kimi fəaliyyətindən söhbət açıdılar, xatirələrini bölüşdülər.

Qeyd olunub ki, Anar Məmmədxanov Azərbaycanda rusdilli publisistikanın ən gözəl nümunələrini yaradıb və bu istiqamətdə sürətlə irəliləyib. O, qarşısına qoyduğu ali məqsədlərə uğurla nail olurdu.

Çıxışlarda Anar Məmmədxanovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə örnək olduğu bildirildi, təqdimatı keçirilən kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyəti yüksək qiymətləndirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO