MƏDƏNİYYƏT
Bakılılar “ARTkino” altıncı Ümumrusiya qısametrajlı müəllif filmləri festivalında ilk dəfə iştirak ediblər
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bütün Rusiyadan ən yaxşı qısametrajlı filmlər” devizi altında keçirilən bu tədbir MDB-də ən irimiqyaslı festivaldır. Festivalın təşkilatçıları Dövlət Rus Muzeyi və “İncəsənət dünyası” yaradıcılıq birliyidir.
Arzu edən bakılılar dörd gün ərzində Rusiya və xarici kinematoqrafçıların dörd tematik proqramda birləşən 25 işinə tamaşa ediblər. Filmlərin nümayişi başa çatandan sonra tamaşaçılar ekran əsərlərinin qiymətləndirilməsində iştirak ediblər. Hər bir tamaşaçının səsi “Tamaşaçıların rəyinə görə ilin ən yaxşı qısametrajlı filmi” nominasiyasında festivalın qalibi müəyyən edilərkən nəzərə alınacaqdır.
Festivala sentyabrın 23-də Moskvada yekun vurulacaq və elə həmin gün qaliblərin adları elan ediləcək.