Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakını ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir

Bakını ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir

Bakı, 22 avqust, AZƏRTAC

Cari ilin payızında Bakı Ekspo Mərkəzində 7 beynəlxalq sərgi keçiriləcək. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək.

“Iteca Caspian”dan AZƏRTAC-a bildiriblər ki, payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”, “Stomatologiya” “Stomatology Azerbaijan”, “Gözəllik və estetik tibb” “Beauty Azerbaijan”, “İnşaat” “BakuBuild”, “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”, “Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri” “CIPS Securika”, və İKT “Bakutel” sərgiləri daxildir. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

Payız sərgi mövsümünü ilk olaraq sentyabrın 19-21-də XXII Azərbaycan beynəlxalq səhiyyə “BIHE 2016”, XI Azərbaycan beynəlxalq stomatologiya “Stomatology Azerbaijan 2016” və X yubiley Azərbaycan beynəlxalq gözəllik və estetik tibb “Beauty Azerbaijan 2016” sərgiləri açacaq. Bunları dünyanın 15 ölkəsindən 100-dən artıq şirkəti bir arada toplayacaq “BIHE 2016” sərgisində görmək mümkündür.

Sərginin debütantları arasında Azərbaycan, Çexiya, Belçika və Tunisi təmsil edən şirkətlər yer alır. Builki sərginin fərqləndirici cəhətlərindən biri isə farmakologiya sektoruna olan marağın artmasıdır. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyalar, eləcə də farmakoloji zavodların istifadəyə hazır vəziyyətdə inşa olunması üzrə təkliflər verməyi planlaşdırırlar.

“Stomatology Azerbaijan 2016” sərgisində yeni stomatoloji avadanlıqlar və istehlak materialları, implantologiya və dişlərin ağardılması üzrə ən son texnologiyalar, habelə ağız boşluğunun gigiyenası üçün vasitələr təqdim olunacaq. Yubiley “Beauty Azerbaijan” sərgisində Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrin iştirakı gözlənilir. Builki sərgidə Taylandı təmsil edən şirkətlər debüt edir. İtaliyanın kosmetika şirkətləri sərgidə qrup şəklində təmsil olunacaqlar. Bu il sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və bir sıra digər məhsullar yer alır. İlk dəfə olaraq, “Beauty Azerbaijan 2016” sərgisində bir tərəfdən yerli distribüter və gözəllik salonlarının, digər tərəfdən isə xarici şirkətlərin iştirakı ilə seminar keçiriləcək. Bu seminar əvvəlcədən planlaşdırılmış görüş sayəsində aparıcı yerli şirkət və gözəllik salonlarının nümayəndələri ilə (vasitəçi olmadan) birbaşa danışıqlar aparmaq və işgüzar əlaqələr qurmağa kömək edəcək.

Sonra sərgi mövsümü Xəzəryanı regionun ən böyük sərgi tədbiri – “Xəzər İnşaat Həftəsi” ilə davam edəcək. Oktyabrın 19-dan 22-dək XXII Azərbaycan beynəlxalq inşaat “BakuBuild 2016”, IX beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji sərgisi “AquaTherm Baku 2016” və IX Xəzər beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri “CIРS Securika 2016” sərgiləri keçiriləcək.

Bu il “BakuBuild” və “CIРS Securika” sərgiləri kompleks rebrendinq mərhələsindən keçib. “Xəzər İnşaat Həftəsi” dünyanın 20-dən çox ölkəsini təmsil edən 400-dən artıq şirkəti və bir sıra milli stendi bir araya gətirəcək. Sərgilərdə inşaat materialları, qapı-pəncərə, interyer, tikinti texnikası, havalandırma və istilik sistemləri, kombi qızdırıcıları, plastik boru və birləşmələr, radiatorlar, qapalı dövrəli nəzarət televiziyası və müşahidə sistemləri (“CCTV”), qəza-xilasetmə texnikaları, informasiya qoruyucu vasitələr, “smart” kartlar, İD (eyniləşdirmə) texnologiyaları, yanğın təhlükəsizliyi üçün vasitələr və bir sıra digər məhsullar təqdim ediləcək. “BakuBuild 2016” sərgisinin fərqləndirici cəhəti elit mebellərin geniş çeşidini nümayiş etdirməyə hazırlaşan mebel şirkətlərinin fəal iştirakıdır. Builki sərginin sponsorları “Corella” brendi (“NB Group”) və “Akkord Sement” şirkəti, informasiya tərəfdaşı isə “Dom i İnteryer” jurnalıdır.

Ənənəvi olaraq, sərgi mövsümünə noyabrın 29-dan dekabrın 3-dək keçiriləcək Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları “Bakutel 2016” sərgisi ilə yekun vurulacaq. Bu sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. “Bakutel 2016” sərgisinin digər fərqləndirici xüsusiyyəti isə kommunikasiya və şəbəkələr, biznes üçün rəqəmsal həll variantları, informasiya texnologiyaları infrastrukturu və məlumatların emalı və saxlanması mərkəzləri, informasiya texnologiyaları xidmətləri kimi ənənəvi sektorlarla yanaşı, audio-video sistemlər, bank texnologiyaları, peyk rabitəsi sistemləri və teleradio yayımı sahələrinin inkişaf etdirilməsi olacaq. Bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də sərgidə fəal iştirak edəcək. Nazirliyin stendi sərgi kompleksinin birinci zalında yerləşəcək və ölkədə reallaşdırılan, eləcə də gələcək üçün planlaşdırılan dövlət İKT layihələri üzrə məlumat mərkəzinə çevriləcək.

Bakını bir daha biznes sahəsi üçün məhsulları əyani şəkildə təqdim etmək və potensial müştərilərlə şəxsi əlaqələr qurmaq üçün imkan yaradan ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir.

“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, sərgi fəaliyyəti inkişaf etmiş sənaye ölkələrində həm ticarət, həm də iqtisadiyyat üzrə siyasətin mühüm vasitəsidir. Belə ki, sərgi məhsul və xidmətləri təbliğ etmək, sənaye istehsalını modernləşdirmək, ixrac həcmini artırmaq, şəhər infrastrukturunu inkişaf etdirmək, büdcəyə birbaşa və dolayı maliyyə gəlirlərini artırmaq, eləcə də yeni iş yerləri açmaq üçün səmərəli mexanizmdir. Ümumdünya Sərgi Assosiasiyasının “UFİ” məlumatlarına əsasən, müxtəlif ölkələrdə iqtisadi və geosiyasi problemlərə baxmayaraq, dünya sərgi sənayesi inkişaf edir. Azərbaycanda payız sərgi mövsümünə hazırlıq qrafik üzrə gedir, xarici şirkətlərin Azərbaycana marağı isə durmadan artır (orta hesabla sərgilərdəki xarici iştirakçıların sayı 50 faizdən artıq təşkil edir).

Artıq sərgilərin veb-saytlarında “Fast Track” sürətli elektron qeydiyyat sistemi fəaliyyət göstərir. Cəmi bir neçə dəqiqə çəkən bu proses Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta xeyli qənaət etməyə imkan verir. Ziyarətçilərin sərgiyə girişi pulsuzdur.

Maraqlananlar sərgilər, habelə onların ziyarətçi və iştirakçılara təklif etdikləri xidmətlər barədə daha ətraflı məlumatlarla www.iteca.az, veb-saytında, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrində tanış ola bilərlər. 2016-cı ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Sheraton hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır