CƏMİYYƏT


Bakının 100 məktəbində “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (MQTİB) təşəbbüsü ilə Bakıdakı 100 məktəbdə “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulub. Layihənin icrasına Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdən başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Milli Qəhrəmanlar” guşəsinin açılış mərasimində Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək keçdikləri şərəfli döyüş yolundan danışıb, gənclərə tövsiyələrini veriblər.

Şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.

Daha sonra MQTİB tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdlərinə fəxri fərmanlar, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanova “General Əliağa Şıxlınski” yubiley medalı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.