Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının 12 əfsanəvi parkı

Bakı, 28 iyun, AZƏRTAC

Bakıda abad parklar çoxdur. Paytaxtın müxtəlif yerlərində yerləşən bu parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var. XIX əsrin 30-cu illərinin ortalarında Bakıda ilk park olan Qubernator bağı açılandan bu günədək şəhərdə hər il onlarla yeni park və bağça istifadəyə verilir. Bu məkanlarda istirahət etmək, uşaqları gəzdirmək, dostlarla ünsiyyətdə olmaq, ya da sadəcə tənhalığa qapılmaq olar. Biz paytaxt sakinləri və gözəl şəhərimizin qonaqları arasında xüsusi populyarlıq qazanan ən görməli Bakı parklarının reytinqini tərtib etmişik.

1. Dənizkənarı Milli Park

Dənizkənarı Milli Park, yaxud məşhur Bulvar Azərbaycan paytaxtının ən görməli, bakılıların və şəhərin qonaqlarının sevimli istirahət yerlərindən biridir. 2009-cu ildə bulvar 100 illik yubileyini qeyd edib.

2007-ci ildə Dənizkənarı Milli Parkda, Azneft meydanı ilə üzbəüz dünyada analoqu olmayan musiqili fəvvarənin açılışı oldu. 2008-ci ildə Hökumət Evi qarşısında ikinci belə fəvvarənin inşası tamamlandı.

Bulvarda ailəvi istirahət üçün hər cür şərait var: onlarla müxtəlif attraksion, yelləncək, “şeytan çarxı”, 7D kinoteatr, kiçik kafelər, “Bahar” yay kinoteatrı, yay uşaq teatrı və paraşüt qülləsi. Burada ötən əsrin 60-cı illərində inşa edilən əfsanəvi “Mirvari” yay kafesi, estakadada yerləşən və dənizə “baş vuran” “Sadko” kafesi yerləşir. Dəniz gəzintisi həvəskarları üçün sərnişin gəmiləri, habelə Yaxt-klub və üzən restoran fəaliyyət göstərir. Bakı bulvarının guşələrindən birini Venetsiya adlandırırlar, burada lap elə həmin İtaliya şəhərində olan kimi süni dar kanallarda qayıqlar və qondolalar üzür.

Populyar alış-veriş və əyləncə mərkəzi Park Bulvar, Beynəlxalq Muğam Mərkəzi və məşhur Azərbaycan Xalça Muzeyi də Dənizkənarı Milli Parkdadır.

Dənizkənarı Park çiçək və yaşıllıqlara bürünüb. Bulvarın yubileyi ərəfəsində dünyanın müxtəlif ölkələrindən bura cürbəcür ekzotik bitkilər və kollar, o cümlədən Argentinadan hər birinin çəkisi 7 ton, yaşı 150-dən çox olan baobablar, nəhəng kaktuslar, hündür zeytun və xurma ağacları gətirilib.

2008-ci ildən Azərbaycan Prezidentinin Fərmanı ilə bulvarda əsaslı yenidənqurma işləri aparılır. Bu işlərə Bakı Şəhər İcra Hakimiyyəti ümumilikdə 500 milyon ABŞ dolları ayırıb. Dənizkənarı Milli Parkın ərazisi daim genişlənir, son nəticədə o, əvvəlkindən beş dəfə böyük olacaq. O, bir tərəfdən, Dəniz Vağzalından Zığ qəsəbəsinədək, o biri tərəfdən isə Əl Oyunları Sarayından Bibi-Heybət məscidinədək uzanacaq.

2014-cü ildə Dövlət Bayrağı Meydanına qədər uzanan Dənizkənarı Milli Parkın yeni hissəsində 30 səkkiz yerlik şüşə kabinəsi olan 60 metr diametrli müasir attraksion-panoramın (“müşahidə təkəri”) açılışı olub.

2. Filarmoniya bağı (Qubernator bağ)

Filarmoniya bağı əvvəllər Mixaylovsk bağı, Qubernator bağı, İnqilab və ya Filarmoniya bağı kimi tanınıb. O, Azərbaycan paytaxtında ən köhnə parklardan biridir. Parka “Qubernator bağı” adını qubernatorun evi ilə üzbəüz yerləşdiyinə görə veriblər. Bağ İçərişəhərin şərq qapısı ilə Azneft meydanı arasındakı ərazisində yerləşir.

4,6 hektar sahəsi olan bağın çox maraqlı tarixçəsi var. XIX əsrin 30-cu illərində şəxsi bostan və bağların yerində salınan bu park uzun illər şəhərin yeganə bağı olub. Qubernator bağının landşaftı əlli il müddətində yaradılıb və formalaşdırılıb.

XIX əsrin 60-70-ci illərində Qubernator bağının sahəsi yetərincə genişləndirilib, on il sonra isə burada rəqs meydançası, hovuz, köşklər, terraslar tikilib. XX əsrin əvvəllərində bağın aşağı və yuxarı hissəsi demək olar ki, bitişib. 1912-ci ildə Nikolayev və Sadovaya küçələrinin (indiki İstiqlaliyyət və Niyazi küçələri) tinində konsert zalı, yay estrada səhnəsi və restoranı olan İctimai Məclisin möhtəşəm binası inşa edilib. Bu, bağın landşaft kompozisiyasının formalaşmasını faktik olaraq tamamlayıb.

Adi şəhər sakinləri üçün bağa giriş həftədə bir günlə məhdudlaşdırılmışdı. Lakin yüksək rütbəli əsilzadələr, neft milyonçuları üçün qapılar həmişə açıq idi.

2009-cu ildə bağda bərpa işləri aparılıb. Bağın yenidən qurulması zamanı burada nadir ağaclar (palıd, sidr və göyrüş) və bir sıra ekzotik bitki növləri əkilib, yeni suvarma sistemi, gözəl landşaft kompozisiyaları meydana gəlib.

Bu gün, əvvəllər olduğu kimi, Filarmoniya bağı bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerlərindən biridir. Maraqlıdır ki, burada ağacların çətirində bir çox illərdir Azərbaycan faunasına xas olmayan, haradan gəldiyi bilinməyən tutuquşular məskən salıb. Parkda Dövlət Filarmoniyası, Şairlər Evi gəzintidən sonra istirahət edə biləcəyiniz çoxsaylı köşk, kafe və restoranlar yerləşir.

3. Zabitlər parkı

Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra Zabitlər parkı 2011-ci ildə yenidən açılıb.

Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub. Budur, fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf oturub. Bir az aralıda bir qız yoldan ötənlərə çiçək satır. Başqa bir qız isə “xana-xana” oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub.

Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi “buz” kafesi var.

4. Sahil parkı

Bakının mərkəzində daha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer “Sahil parkı” adlanır. Sovet dövründə salınan bu park əvvəllər “26 Bakı komissarı meydanı” kimi tanınırdı. Bu gün burada, düz parkın ortasında, böyük və çox gözəl, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Fəvvarə suyunun şırıltısı il boyu çoxillik ağacların kölgəsində istirahət edən adamların ruhunu oxşayır. Bu ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.

Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə əhatə olunub.

Parkın perimetri boyunca Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir. Məsələn, buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycanın böyük opera müğənnisi, SSRİ Xalq Artisti, Azərbaycan vokal musiqisinin əsasını qoyanlardan biri olmuş Bülbül yaşayıb.

Azərbaycan Rəssamlar İttifaqı da bu binada yerləşir. Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişdiyi yerdə. 1932-ci ildə yaradılmış Rəssamlar İttifaqı Azərbaycan rəssamlıq məktəbinin nümayəndələri olan çoxsaylı görkəmli heykəltəraş və rəngkarları birləşdirir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası dünyada ən zəngin kitab kolleksiyalarından birinə malikdir. Milli mədəniyyət xəzinəsi olan bu kitabxana da böyük tarixi maraq doğurur. Kitabxananın binası 1949-cu ildə görkəmli Azərbaycan memarı, akademik Mikayıl Hüseynov tərəfindən layihələndirilib, bina 1960-cı ildə tikilib. Binanın fasadının yuxarı hissəsində yerləşən tağlarda Azərbaycanın və dünyanın görkəmli mədəniyyət, incəsənət və elm xadimləri Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Aleksandr Puşkin, Dmitri Mendeleyev, Şota Rustaveli və başqalarının heykəllərini görmək olar.

5.Xaqani bağı (Molokan bağı)

Xaqani bağı Bakıdakı ən qədim parklardan biridir. Sahəsi nisbətən kiçik (0,8 hektar) olan bu bağın adı bir neçə dəfə dəyişdirilib. Hazırda o, orta əsrlərdə yaşamış, əslən Şamaxıdan olan böyük şair Xaqani Şirvaninin adını daşıyır. Lakin bu park Molokan bağı adı ilə daha məşhurdur. Bu da təsadüfü deyil. XIX əsrdə bu bağın ətrafında karvansaralar var idi. Rusiyanın müxtəlif yerlərindən mal gətirmiş Molokan tacirlər çox vaxt həmin karvansaralarda qalırdı. Yaxınlıqdakı küçələrdə, döngələrdə, həyətlərdə çəllək hazırlanan emalatxanalar vardı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Molokan bağının adını dəyişib, 1905-ci il qanlı bazar faciəsi ilə əlaqədar “9 yanvar” bağı qoyublar. Sonra bu bağa Həşim Əliyevin adı verildi.

Bağın arxitektura-landşaft kompozisiyasının əsasını “Üç gözəl” heykəllər qrupu ilə əyrixətli formalı hovuz təşkil edir. Zərifliyi ilə seçilən gözəllər hovuzda iri təbii qaya parçaları üzərində oturublar.

Bağ pavilyonunun sütunları hovuzdan başlayır. Bağın cığırları elə istiqamətlənib ki, ətraf məkanı diaqonal üzrə kəsərək, ortada yerləşən hovuzun yanından keçir. Bağ kiçik olsa da, xudmanidir və bakılıların sevimli istirahət yeridir. Bağda ağaclar böyük kölgəlik zonalar yaradır. Kölgəlik yerlərdə isə istirahət üçün skamyalar qoyulub.

6. Səməd Vurğun adına bağ

Hazırda Azərbaycanın Xalq Şairi Səməd Vurğunun adını daşıyan bu park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltəraş F.Əbdürrəhmanov və arxitektor M.Hüseynovdur.

2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb. Bəzi ləklər Azərbaycan xalçalarının, kəlağayılarının və s. ənənəvi motivi olan buta şəklində əkilib. Parkda hələ sovet dövründə tikilən yaraşıqlı fəvvarələr bərpa edilib, işıqlandırma tamamilə yenilənib, yeni fənərlər quraşdırılıb, yüzillik ağacların kölgəsində rahat skamyalar qoyulub.

Hazırda S.Vurğun adına parkda hər şey ahəngdar və gözəl görünür. Park əvvəlki kimi şəhər sakinlərinin və paytaxtımızın qonaqlarının sevimli istirahət yeridir. Bura ənənəvi olaraq həm ahıllar, həm də cavanlar gəlirlər. Gənc analar, nənələr uşaqları gəzməyə çıxarır, gənclər kölgədə oturub qulaqlıqla musiqiyə qulaq asır, yaxud konki sürür, veteranlar isə bir qayda olaraq ya domino, ya da nərd oynayırlar. İlin isti aylarında axşamlar fəvvarələrin yanında istirahət edənlərin sayı xüsusilə çox olur.

7. Zorge adına park

Bakının çox geniş ərazidə yerləşən daha bir köhnə parkı - Zorge parkı bir neçə əyləncə yerini, o cümlədən uşaqlar üçün müasir attraksion parkını birləşdirir. Burada əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

1981-ci ildə parkda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə abidə ucaldılıb. Abidənin müəllifləri - heykəltəraş V.Tsiqal və arxitektor R.Əliyev konstruksiyanın əsas mahiyyətini orijinal şəkildə çatdırmağa müvəffəq olublar. Divar şəklində abidənin üzərində kəşfiyyatçının təsviri həkk olunub. Onun diqqətli baxışları sanki ətrafdakıları müşahidə edir. Başdan-başa yaşıllıq içində olan park boyu rahat skamyalar düzülüb, uşaq meydançaları yaradılıb. Burada rayon səviyyəli tədbirlər keçirilir.

2012-ci ildə parkda ucaldılan Koroğlu abidəsi də diqqətəlayiq abidələrdən biridir. Abidənin yerdən hündürlüyü 23 metrdir. Əfsanəvi Qıratın belində oturan Koroğlunun möhtəşəm monumenti Ukraynada tuncdan tökülüb. Kompozisiyanın müəllifi Tokay Məmmədovdur.

İstirahət guşəsində “Koala Park” əyləncə mərkəzi də fəaliyyət göstərir. Bura həm uşaqlar, həm də böyüklər üçün eyni dərəcədə maraqlıdır.

8. Dağüstü park

Bakının düz mərkəzində yerləşən, yerli sakinlərin sevimli istirahət yeri olan Dağüstü park uzun illərdir paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı - Baxış meydançasıdır. Sovet dövründə isə siyasi xadim Sergey Kirovun adını daşıyıb.

Dağüstü parkı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. Bu da parkın nə üçün Dağüstü adlandırılmasını izah edir. Hələ XX əsrin 30-cu illərində, Bakının baş planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb və nəzərdə tutulub ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.

Park memar L.A.İlyinin layihəsi əsasında Bakı karxanalarının rəngbərəng əhəng daşlarından istifadə edilməklə köhnə qəbiristanlığın yerində salınıb. Yeri gəlmişkən, parkın daha bir köhnə adı bu qəbiristanlıqla bağlıdır - İngilis parkı. Deyilənə görə, ötən əsrin 20-ci illərində burada 1918-ci il mart hadisələrinin qurbanları ilə yanaşı, Rusiya imperatorunun devrilməsindən sonra Bakıya gələn ingilis əsgərləri də dəfn edilib.

Lev İlyin parkın salındığı ərazinin mürəkkəb relyefinin xüsusiyyətlərindən məharətlə istifadə edib. Pilləkən və pandusla əlaqələndirilmiş xiyaban və terraslar, baxış meydançaları Bakı buxtasının mənzərəsi ilə gözəl harmoniya təşkil edir.

Dövlətimizin başçısının Bakının park və xiyabanlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırığına əsasən 2013-cü ildə Bakının Dağüstü parkı əsaslı şəkildə yenidən qurulub və sözün həqiqi mənasında, yeni görkəmdə paytaxtımızın sakinləri və qonaqlarının gözünü oxşayır. Parkın yenidən qurulmasında relyefin müxtəlifliyindən məharətlə istifadə edilib. Görülən işlər və meydançaların əlverişli yerləşdirilməsi nəticəsində park turistlər və şəhər sakinləri üçün daha cəlbedici olub.

Parkda yeni yollar və cığırlar salınıb. Burada yeni şəlalə kompleksi quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb, köhnə ağaclar saxlanılmaqla yeni dekorativ bitkilər əkilib. Müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırıb.

Dağüstü parkda tikilmiş kafenin yuxarı mərtəbəsindən Bakının və Xəzərin mənzərəsini müşahidə etmək olar. Parkı şəhərin Azneft meydanı ilə Bakı funikulyoru birləşdirir.

Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.

Parkda məzarlıq olduğu üçün burada sakitlik hökm sürür, səs-küylü attraksionlar yoxdur. Məhz bu sakitlik və şam ağaclarının xışıltısı parka gələnlərin qəlbinə rahatlıq gətirir. Parkdan açılan əsrarəngiz mənzərə ilə bu hissləri daha da gücləndirir.

9. Heydər Əliyev Muzey-park kompleksi

Bakının ən gözəl parklarından biri olan Heydər Əliyev adına park şəhərin mərkəzində, Bakı Musiqi Akademiyasının yanında, Heydər Əliyev Sarayının qarşısında yerləşir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 82-ci ildönümündə burada Heydər Əliyevin abidəsi ucaldılan memarlıq kompleksi açılıb. Kompleksi Moskvanın baş rəssamı İqor Voskresenskinin rəhbərliyi ilə Rusiya memarları və heykəltəraşları yaradıb. Abidənin ümumi hündürlüyü 12 metr, heykəlin öz hündürlüyü isə 5 metrdən çoxdur. Park bütünlüklə yenidən qurulub və Heydər Əliyev Muzey-park kompleksi adlandırılıb.

Burada səkkizguşəli ulduz - Azərbaycanın milli rəmzi formasında üç yeni fəvvarə qurulub. Fəvvarələr kompyuter vasitəsilə idarə olunur. Onların üzünə çəkilmək üçün Çindən 50 tonluq bütöv qranit gətirilib. Kompleksin 23 min kvadratmetrlik böyük bir hissəsi Rusiya, Braziliya, İtaliya, Türkiyə və Qazaxıstandan gətirilən mərmərlə örtülüb. Güllər və yaşıl qazon Hollandiyadan gətirilib. Bütün yay boyu çiçək açan maqnoliya ağacları parka xüsusi yaraşıq verir. Parkda tez-tez şəhər tədbirləri keçirilir.

Heydər Əliyev Sarayının arxasında digər möhtəşəm park kompleksi, el arasında “Qış parkı” deyilən ən yaşıl zona yerləşir. Burada 7 hektardan çox ərazidə 2 minədək ağac və müxtəlif ölkələrdən gətirilmiş 10 mindən çox dekorativ kol əkilib. Ərazinin böyük hissəsi çəmənliklə örtülüb. “Qış parkı”nda 5 müasir və qeyri-adi fəvvarə, 6 yeraltı və 4 yerüstü keçid, 13 lift və 13 eskalator (o cümlədən fiziki imkanları məhdud insanlar üçün eskalator) var. Parkda 3 yay kafesi, 3500 avtomobil üçün ikimərtəbəli yeraltı dayanacaq fəaliyyət göstərir.

Maraqlıdır ki, yolların və park kompleksinin tikintisi zamanı burada unikal əməliyyat aparılıb - binanın yeri 10,6 metr dəyişdirilib. Bu üçmərtəbəli ev 1908-ci ildə tikilib və Hacınski qardaşlarına məxsus olub. 18 min ton çəkiyə malik bina dünyada yeri dəyişdirilən ən ağır binadır.

10. Fəvvarələr meydanı

Fəvvarələr meydanı - Bakının ilk şəhər meydanıdır. Meydanın adı burada fəvvarələrin çox olmasını bildirir. Burada həm klassik, həm də avanqard formada, o cümlədən postament üzərində yerləşən 6 polad kürə şəklində fəvvarə var. Meydanın ətrafında XIX və XX əsr memarlıq abidələri yerləşir. Onlardan Nizami adına muzeyin binasını (1860), “Araz” kinoteatrının binasını (1870) qeyd etmək olar.

Əvvəllər Parapet meydanı kimi tanınan Fəvvarələr meydanı 1868-ci ildə Bakı qubernatoru Mixail Kolyubakinin təşəbbüsü ilə memar Qasım bəy Hacıbababəyovun layihəsi əsasında tikilib. Meydan bir müddət qubernatorun şərəfinə Kolyubakin meydanı adlandırılıb.

Daha sonra Parapet meydanı Karl Marksın adını daşıyıb. 1950-ci illərin yenidənqurma işlərindən (memar İ.Tixomirov) sonra bu bağ müasir şəhərin planında öz mövqeyini möhkəmlədib. Nəticədə bağ Mətbuat evi və kitabxana binasının kiçik və köhnə bağları ilə əlaqələndirilən, geniş, yaxşı yaşıllaşdırılmış meydana və bağa çevrilib. Bakının mərkəzi hissəsində qovşaq yerini tutan bağ Nizami küçəsi ilə yanaşı, uzun illər piyada əsas yolu olub.

1984-cü ildə bağın yenidən qurulmasında yeni mərhələ başlanıb. Memar və rəssam R.Seyfullayevin ideyasına əsasən parkın görünüşü nəzərəçarpacaq dərəcədə dəyişib. Meydan və bağın ərazisi qırmızıya çalan xüsusi beton pilətələrlə örtülüb, bağın terras və pilləkənləri ağ daşlarla haşiyələnib. Bağın memar-landşaft kompozisiyasının mühüm hissəsini fəvvarələr təşkil edir. Məhz fəvvarələrin çox olmasına görə bura Fəvvarələr meydanı adlanır. Parkın mərkəzində yerləşən fəvvarə heykəltəraşlıq kompozisiyası ilə bəzədilib.

2010-cu ildə Fəvvarələr meydanı tamamilə yenidən qurulub. Burada fəvvarə, fənər, pavilyon və köşklər yenidən qurulub, yaşıllıq qorunub saxlanılıb, ərazisi genişləndirilib. Bu gün meydan Bakının mərkəzi hissəsinin “siması”dır.

11. Axundov bağı

M.F.Axundov adına bağ, daha çox Axundov bağı kimi tanınan bağ metronun “İçərişəhər” stansiyasından yuxarıda, hərəkətin çox olduğu Lermontov, Əhməd Cavad və Səid Rüstəmov küçələrinin kəsişməsində yerləşir. Bu köhnə Bakı parkında Azərbaycan dramaturqu, yazıçı, filosof və maarifçi Mirzə Fətəli Axundzadənin abidəsi ucaldılıb. Abidə 1930-cu ildə qoyulub, müəllifi Pyotr Sabsaydır. O, Odessada doğulsa da, 1926-cı ildən Bakıda yaşayıb və işləyib.

Bağ kiçik olsa da, park üçün lazım olan hər cür şərait, o cümlədən rahat skamyalar, orijinal çıraqlar, gül kolları, mərmər cığırlar, işıqlandırılan kollar, xüsusi dibçəklərdə güllər, çəmənlik var.

Sahəsi 1300 kvadratmetr olan bağça 2008-ci ildə yenidən qurulub. Bərpadan sonra burada 3 mindən çox gül və bəzək kolu əkilib.

Bağçanın yanında maraqlı tarixi binalar yerləşib. Səid Rüstəmov küçəsində neft maqnatı Dmitri Mitrofanovun evi yerləşir. Evin tikintisi 1903-cü ildə başa çatıb. Bina əjdaha formasında orijinal konsol və sütunları ilə seçilir, binanın fasadı isə heykəllər və “D.M” monoqramı ilə bəzədilib. Mitrofanovun evinin yanında “çəhrayı ev” - Dövlət Bankı işçilərinin yaşayış evi yerləşir. Binanın memarlığında XIX əsr Şəki və Şuşa şəhərlərinin tikililəri üçün xarakterik elementlərdən istifadə edilib.

12. Dədə Qorqud parkı

Müasir parklardan olan Dədə Qorqud parkı 2013-cü ildə açılıb. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltəraş Göyüş Babayevin “Kitabi-Dədə Qorqud” abidəsi ucalır.

“Kitabi-Dədə Qorqud” dastanı 1300 il yaşı olan, Azərbaycan xalqının tarixi keçmişini əks etdirən sənət abidəsidir. Dastanda xalqın vətənpərvərliyi, qəhrəmanlığı, müdrikliyi, tarixi keçmişi, mənəvi dəyərləri, oğuz türklərinin adət və ənənələri, Azərbaycan toponimləri əksini tapıb. Bu dastan dilimizin qədim incəliklərini, xalqımızın mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir.

Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Materialın hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin “Bakının parkları” bukletindən istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb