İDMAN


Bakının ABU həndbol klubu Polşanın “Kram Start Elbalg” komandası ilə qarşılaşacaq

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC 

Vyanada Avropa Həndbol Federasiyasının iqamətgahında qadın həndbolçular arasında “Çelenc Cup” beynəlxalq turnirinin səkkizdəbir final mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, turnirdə mübarizə aparan yeganə təmsilçimiz ABU komandasının da rəqibi müəyyənləşib. Növbəti mərhələdə Bakı təmsilçisi Polşanın “Kram Start Elbalg” klubu ilə qarşılaşacaq.

Mübarizəyə üçüncü təsnifat mərhələsindən qoşulan ABU Belçikanın “Femine Vize” komandasını yarışdan kənarlaşdırıb.

Səkkizdəbir final mərhələsinin ilk qarşılaşmaları gələn il fevralın 4-5-də, cavab oyunları isə 1 həftə sonra keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.