İDMAN


Bakının ABU həndbol komandası beynəlxalq turnirin 1/8 final mərhələsinə yüksəlib

A+ A

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də qadın həndbolçular arasında “Çelenc Cup” beynəlxalq turnirinin üçüncü təsnifat mərhələsinin ikinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Bakı təmsilçisi ABU ikinci görüşünə çıxıb.

Komandamız Bakıda Belçika çempionatının gümüş medalçısı “Femina Vize” ilə üz-üzə gəlib. İlk oyunda asanlıqla qalib gələn (26:16) komandamız bu dəfə də rəqibinə şans verməyib - 25:20.

İki oyunun nəticəsinə görə, ABU komandası 1/8 finala yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.