İDMAN
Bakının ABU komandasının Belçikanın “Femina Vize” klubu ilə oyun üçün heyəti açıqlanıb
Bakı, 1 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin üçüncü mərhələsində Bakının ABU komandası Belçikanın “Femina Vize” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisinin oyun üçün heyəti açıqlanıb. Heyətdə Marta Abbasova, Sakinat Abbasova, Günel Əliyeva, İrina Qasımova, Yana Qornak, Anna Həmidova, Azaliya Həsənova, Aynur Kalmıkova, Vəfa Məmmədova, Anastasiya Metelska, Mədinə Musayeva, Səkinə Musayeva, Səbinə Nuriyeva, Oksana Orexova, Ülviyyə Şərifova və İnarə Yusubova yer alıblar.
Oyunu makedoniyalı hakimlər briqadası idarə edəcək. Matçda İsmail Metalari əsas, Nenad Nikolovski köməkçi hakim olacaq. Qarşılıqlı razılığa əsasən, hər iki oyun - noyabrın 12-13-də Bakıda təşkil olunacaq. Hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi israilli Hart İtjak olacaq.
Qeyd edək ki, ilk oyunda nominal meydan sahibi belçikalılar olacaqlar.