İDMAN


Bakının “Azərreyl” klubu daha bir voleybolçu ilə müqaviləni yeniləyib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Bakının “Azərreyl” klubu daha bir voleybolçu ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, Valeriya Məmmədova ilə razılaşmanın müddətini artırıb. Voleybolçu 2016/2017-ci il mövsümündə də “Azərreyl”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Azərreyl” V.Məmmədovayadək “Azəryol”un voleybolçularını transfer edib. Ayşən Abduləzimova, Ceyran Əliyeva və Aynur Kərimova yeni mövsümdə bu komandanın heyətində çıxış edəcəklər.

Komanda rəhbərliyi baş məşqçi postunu da Famil Ağayevə həvalə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.