İDMAN


Bakının “Azərreyl” klubu serbiyalı voleybolçu ilə yollarını ayırıb

Bakı, 7 iyun, AZƏRTAC

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu serbiyalı Danitsa Radenkoviç ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, voleybolçu “dəmiryolçular”la müqavilənin müddətini uzatmayıb.

D.Radenkoviç karyerasını Polşada davam etdirəcək. Azərbaycan Super Liqasının gümüş medalını qazanan toppaylayıcı Bakı təmsilçisi ilə birillik razılıq əldə etdiyi üçün yeni mövsümü “Muşinyanka”da davam etdirəcək.

Qeyd edək ki, D.Radenkoviç “Azərreyl”ə 2016/2017-ci il mövsümünün əvvəlində “Atom”dan transfer olunmuşdu. O, 2014-2015-ci illərdə isə “Muşinyanka” da çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.