İDMAN


Bakının “Azərreyl” voleybol klubu Çempionlar Liqası yarışlarında növbəti qələbəsini qazanıb

A+ A

Bakı, 9 fevral, AZƏRTAC 

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu fevralın 9-da növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edib.

İsveçrəli baş hakim Kristian Volfun idarə etdiyi oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupa 12 xalla İstanbulun “Fənərbağça” komandası liderlik edir. “Azərreyl” 9 xalla ikinci, “Dabrova Qornitsa” (Polşa) 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sen-Rafael”in isə xalı yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.