İDMAN


Bakının “İnter” futbol komandası Rumıniyanın  “Viitorul Konstanța” klubuna qalib gəlib

Bakı, 19 iyun, AZƏRTAC

Bakının “İnter” futbol komandası Türkiyədə sonuncu yoxlama matçına çıxıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Viitorul Konstanța” komandası ilə keçirilən matç 2:1 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

“İnter”in heyətində Rauf Əliyev və Samir Zərgərov fərqləniblər.

Hazırlıq prosesi çərçivəsində iki yoxlama oyunu keçirmiş “İnter” Kamerun klubu “Columbe Sportive”yə 1:0 hesabı ilə qalib gəlib, “Zirə”yə isə 0:2 hesabı ilə məğlub olub.

Toplanışı başa vuran “İnter” bu gün Bakıya qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.