İDMAN


Bakının “İnter” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində ilk görüşünə çıxacaq

Bakı, 12 iyul, AZƏRTAC

Bu gün Bakının “İnter” futbol klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz "Dalğa Arena"da Lüksemburqun “Fola” komandasını qəbul edəcək.

“İnter” əvvəlki mərhələdə Serbiya “Mladost”unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbə ilə üstələyib. “Fola” isə Moldova “Milsami”sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.