İDMAN


Bakının “İnter” klubu Gürcüstanın “Kolheti Poti” komandası ilə qarşılaşıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

Bakının “İnter” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın “Kolheti Poti” komandası ilə qarşılaşan “İnter” minimal hesabla məğlub olub - 0:1.

“İnter” toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayıb. Bakı təmsilçisi “Kasımpaşa”ya 2:1, “Gənclərbirliyi”nə 4:0 hesabı ilə qalib gəlib, “Elazığspor” ilə oyunda hesab açılmayıb.

Qeyd edək ki, “İnter” bu gün Vətənə qayıdacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.