İDMAN


Bakının “İnter” komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində qələbə qazanıb

Bakı, 12 iyul, AZƏRTAC 

İyulun 12-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyunda Bakının “İnter” futbol komandası “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda bakılılar minimal hesabla qələbə qazanıblar. Oyunun taleyini həll edən qol matçın sonunda vurulub. “İnter”in heyətində Mirhüseyn Seyidov 89-cu dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.