İDMAN
Bakının “İnter” komandasının braziliyalı futbolçusu Junior Nildo Premyer Liqada 30-cu qolunu vurub
AZƏRTAC xəbər verir ki, “Bakı” ilə VI turun oyununda (7:0) dubl edən cənubi amerikalı futbolçu əvvəlcə 30-cu, ardınca 31-ci qolunu aktivinə yazdırıb.
Nildo Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 16-cı legioner kimi tarixə düşüb. Bu siyahıya isə hesabında 72 qol olan gürcüstanlı Badri Kvaratsxeliya başçılıq edir.
Futbolçu 30-u 3-cü mövsümündə, 3-cü klubu ilə arxada qoyub. 2012/2013-cü il mövsümündə AZAL-da 21, 2013/2014-cü mövsümündə “Xəzər-Lənkəran”da 8 dəfə fərqlənən Nildo yeni klubunda qol hesabını açmaqla ən məhsuldar əcnəbilər siyahısında mövqeyini yaxşılaşdırıb. O, həm də Azərbaycan çempionatında 3 və daha çox komanda ilə qol sevinci yaşayan 22-ci legionerdir. Bu göstəricidə rekord 5 klubda fərqlənən Anatoli Doroş və Tagim Novruzova məxsusdur. Ümumilikdə isə hamıdan çox – 10 komandanın heyətində qol vurmağı Kənan Kərimov bacarıb.