İDMAN


Bakının “Neftçi” klubu Almaniyanın “Şalke” komandası ilə qarşılaşacaq

Bakı, 19 iyun, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun hazırlıq planı müəyyənləşib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq.

Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın “Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-3-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.