İDMAN


Bakının “Neftçi” klubu Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb

Bakı, 26 iyul, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu iyulun 26-da Almaniyanın “Şalke” komandası ilə yoxlama matçı keçirib.

AZƏRTAC xəbər verir ki, qarşılaşma paytaxt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçirilən qarşılaşmada yeganə qolu oyunun 27-ci dəqiqəsində Tekbete vurub.

Qeyd edək ki, paytaxt təmsilçisi növbəti yoxlama oyununu iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubuna qarşı keçirəcək. Avqustun 2-də isə “Neftçi” Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.