İDMAN
Bakının “Rabitə” voleybol komandası Polşanın “Ximik Polis” kollektivinə məğlub olub
Bakı, 28 yanvar, Səxavət Quliyev, AZƏRTAC
Bakının qadınlardan ibarət “Rabitə” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik Polis” komandası ilə qarşılaşıb.
Türkiyəli baş hakim Aziz Yenerin idarə etdiyi oyunda “Ximik Polis” komandası 3:2 hesabı ilə qalib gəlib.
Hesabında xal ehtiyatını 13-ə çatdıran Polşa təmsilçisi qrup birincisi kimi turnirin play-off mərhələsinə vəsiqə qazanıb. “Dinamo” (Kazan) kollektivi 9 xalla ikinci, “Rabitə” isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Çexiyanın “Agel” komandasının aktivində isə 4 xal vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]