CƏMİYYƏT
Bakının Sabunçu rayonunda yararsız minaatan mərmisi aşkarlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.
AZƏRTAC FHN-in rəsmi saytına istinadla xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb edilərək tapılmış sursata baxış keçirilib.
Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib.
Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]