CƏMİYYƏT
Bakının “Şən və hazırcavablar” komandası “Qolosyaşşiy KiViN” musiqi festivalında çıxış edəcək
Bakı, 5 sentyabr, AZƏRTAC
“Sbornaya Baku” ŞHK komandası yenə də pərəstişkarlarını Rusiyanın Birinci kanalında çıxışı ilə sevindirəcək.
Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 6-da Bakı vaxtı ilə saat 20:45-də Birinci kanalın efirində ŞHK-çılarımızın parlaq çıxış etdikləri “Qolosyaşşiy KiViN” musiqili festivalını izləmək mümkün olacaq.
“Sbornaya Baku” ilə yanaşı, festivalda 17 məşhur komanda – “Soyuz” (Tümen vilayəti), “Ekskursiya po qorodu” (Novosibirsk), “Sbornaya Qruzii” (Tbilisi), “Luçşiye druzya” (Minsk), “Sparta” (Astana), “Sbornaya Daqestana”
(Mahaçqala), “Ploxaya kompaniya” (Krasnoyarsk vilayəti), “Aziya-MIX” (Bişkek), “Parapaparam” (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu), “Triod və Diod” (Smolensk) və başqa komandalar iştirak edəcəklər.
Festivalı adi ŞHK oyunundan fərqləndirən cəhət budur ki, burada komandalar yalnız musiqi müsabiqəsində iştirak edir, qiymət əvəzinə isə münsiflər heyətinin üzvlərindən və aparıcı Aleksandr Maslyakovdan xüsusi “Ki-Vi-Nov” mükafatları alırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]