İDMAN


Bakının “Telekom” klubu Serbiya millisinin sabiq voleybolçusunu heyətinə cəlb edib

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası növbəti transferini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Telekom” Serbiya millisinin sabiq hücumçusu Yovana Vesoviç ilə birillik müqavilə imzalayıb. İyirmi doqquz yaşlı voleybolçu son mövsümü Rumıniyanın “Alba” klubunda keçirib.

Voleybolçu Azərbaycana gəlincə, beş ölkədə legioner həyatı yaşayıb. O, daha öncə “Yedinstvo” (2002/2007-ci il, Serbiya və Çernoqoriya), “Postar 064” (2007/2009-cu il, Serbiya), “Volero” (2009/2010-cu il, İsveçrə), “Dinamo” (2010/2011-ci il), “Tomis” (2011/2012-ci il, hər ikisi Rumıniya), “Severyanka” (2012/2013-cü il, Rusiya), “Çanakkala Bld” (2013/2014-cü il, Türkiyə) və “Olimpiakos” (2014/2015-ci il, Yunanıstan) klublarının şərəfini qoruyub.

Üç dəfə Serbiya çempionu olan voleybolçu İsveçrə və Rumıniya çempionatlarının da qızıl medalına yiyələnib. Y.Vesoviç, həmçinin Serbiya kubokunun 2 qat qalibidir. O, İsveçrə və Yunanıstanda da ölkə kubokunu başı üzərinə qaldırıb. Vesoviçin yığma karyerası da kifayət qədər zəngindir. 2006-cı ildən əsas komandanın şərəfini qoruyan voleybolçu 2011-ci ildə Avropa çempionu titulunu qazanıb. Bundan əlavə, “London-2012”nin iştirakçısı olan oyunçu Avropa Liqasının 2 dəfə qızıl, 1 dəfə bürünc medalına yiyələnib. Qitə çempionatında 2-ci olan Yovana Universiadanın finalında oynayıb, dünya çempionatı və Qran-prinin 3-cüsü olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.