İDMAN
Bakının “Telekom” komandası Polşa çempionatının gümüş medalçısı ilə qarşılaşıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Türkiyədə beynəlxalq turnirdə ikinci matçını keçirib.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edəcək “Telekom” Polşa çempionatının gümüş medalçısı “Atom” klubu ilə qarşılaşıb. Görüş Polşa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Turnirin digər matçlarında “Bursa BB” “Qalatasaray”ı 3:1 hesabı ilə məğlub edib, “Proton” (Rusiya) isə “Kann”a (Fransa) 1:3 hesabı ilə uduzub.
İlk oyunda Bakı təmsilçisi “Bursa BB” komandasını 3:0 hesabı ilə məğlub etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]